XƏBƏRLƏR

Xəbərlər

Azərbaycan Təhsil İnstitutunun professoru BDU-nun Qazax filialında təlim keçib

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov təlim keçib. Təlimdə filialın magistrları, doktorant və dissertantları, gənc müəllimlər iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən təlimin məqsəd və əhəmiyyətindən danışıb, bu xarakterli tədbirlərin gənclərin elmi biliyinin artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib.

Sonra professor İntiqam Cəbrayılov “Elmi tədqiqatların konsepsual problemləri”  mövzusunda təlim keçib. Mövzu ilə əlaqədar slaydlar da nümayiş etdirilib.

Təlimin sonunda mövzu ilə əlaqədar çıxışlar olub, məruzəçiyə verilən suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti.

 

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.