- Nəşr edilib 23.05.2024 12:24

BDU-nun Qazax filialının direktoru tələbələrin internatura keçdikləri bağçada olub
Bakı Dövlət Universitetinin Qazax filialında buraxılış kurs tələbələri 2023/2024-cü tədris ili üçün pedaqoji internatura keçirlər. Bu gün Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüqstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fənlər kafedrasının müdiri Hamlet İlyasov filialın Məktəbəqədər tərbiyə ixtisasının IV kurs tələbələrinin internatura keçdirkləri Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub. Bağçanın müdiri Gülnar Quliyeva tələbələrin keçdikləri təcrübə haqqında məlumat verib və təcrübəçıilərin fəaliyyətindən razılığını bildirib.
A.Rüstəmov tələbələrlə görüşüb, onlarla söhbət edərək internaturaları ilə maraqlanıb, lazımi məsləhətlərini verib. Gələcəyin tərbiyəçi müəllimləri olacaq gənclərə məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.
Sonra A.Rüstəmova təcrübə keçən tələbələrdən Aytac Nəsiblinin xüsusi qabiliyyəti barədə məlumat verilib, onun bağçanın divarlarında rəngli boya ilə çəkdiyi şəkillərlə tanış ediblər. Sonda Aytac Nəsibli bağçanın müdiri tərəfindən internatura zamanı xüsusi qabiliyyətinə və pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
Tələbələr onlara göstərdiyi diqqət və qayğıya görə filialın rəhbərliyinə və internatura zamanı yaradılmış şəraitə görə bağçanın müdirinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Filialın Mətbuat Xidməti

























































































































































