XƏBƏRLƏR

Xəbərlər

Təhsil Tələbə Krediti Fondu maarifləndirici tədbir keçirib

Prezident İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı Fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondu Bakı Dövlət Universitetinin Qazax filialında maarifləndirici tədbir keçirib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın tələbələri iştirak edib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova çıxış edərək Fond barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Fondun məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

Sonra tədbir sual-cavab şəklində davam edib, tələbləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.