XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Kafedranın müdiri dosent Arif Veyisov  giriş sözü ilə çıxış edərək seminarın mövzusu barədə məlumat verib.

Elmi seminarda kafedranın baş müəllimi Ülviyyə Bayramova “İşğaldan azad olunmuş torpaqlarda tarixi abidələrin bərpası” mövzusunda çıxış edib. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızdakı tarixi abidələrin dövlət səviyyəsində bərpa olunmasından ətraflı söz açıb.        

Sonra diskussiya şəklində müzakirələr aparılıb. Kafedranın baş müəllimi Mübariz Süleymanov, müəllimlərdən Veyis Adıgözəlov, Təranə Rəhimova, Zahid Gülümcanlı, çıxış edərək seminar barədə öz fikirlərini bildiriblər.                 

Filialın Mətbuat Xidməti  

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.