- Nəşr edilib 07.11.2025 06:39

BDU Qazax filialında “Qalib Azərbaycan” mövzusunda sərgi təşkil olunub
Bakı Dövlət Universitetinin Qazax filialında “Qalib Azərbaycan” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi keçirilib. Sərginin təşkil edilməsində məqsəd 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və 8 Noyabr - Zəfər gününü incəsənətin dili ilə əks etdirmək, tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq olub.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov sərgiyə baxaraq belə tədbirlərin yaradıcılıq və vətənpərvərlik duyğularının inkişafı baxımından mühüm rol oynadığını bildirib. Qeyd edib ki, müxtəlif ixtisaslarda və müxtəlif kurslarda təhsil alan tələbələrin qatıldığı bu sərgi yaradıcılığın vətənpərvərlik ruhunda birləşməsinin gözəl nümunəsidir.
Filialın foyesində təşkil olunmuş sərgidə filialın Pedaqoji fənlər kafedrasının baş müəllimi Cəmilə Qarayevanın rəhbərliyi ilə tələbələrin əl işlərindən ibarət 40-dan çox rəsm və əl işi nümayiş olunub.
Sərginin sonunda fərqlənən tələbələr filialın direktoru Arif Rüstəmov tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.
Filialın Mətbuat Xidməti.










































































































































