XƏBƏRLƏR

Xəbərlər

İctimai və təbiət fənləri kafedrasında Zəfər Günü həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universiteti Qazax filialının İctimai və təbiət fənləri kafedrasında “Zəfər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə kafedranın əməkdaşları və tələbələr iştirak edib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kafedranın müdiri Arif Veyisov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək 44 günlük Qarabağ müharibəsinin tarixi əhəmiyyətindən söz açıb.

Sonra kafedranın müəllimlərindən p.ü.f.d Mübariz Süleymanov, Əməkdar müəllim İndra Vəliyeva, Veys Adıgözəlov, Həqiqət Mehtiyeva, Cəvahir Mustafayeva, tarix müəllimliyi ixtisasının IV kurs tələbələrindən Şəhla İbrahimova və Mələk Hacıyeva çıxış edərək Tarixi Qələbəmizdən danışıb, şəhidlərimizin xatirəsinin daima qəlblərdə yaşayacağını bildiriblər.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.