- Nəşr edilib 20.11.2025 10:28

BDU-nun Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən növbəti elmi seminar olub.
Kafedranın müdiri professor Hüseyn Xəlilov seminarın mövzusunu elan edib. Fizika-riyaziyyat elmləri namizədi, dosent Alı Sofiyev “Qeyri-standart məsələlər və onların həlli xüsusiyyətləri” mövzusunda çıxış edib.
Məruzədəbn sonra fizika-riyaziyyat elmləri namizədi, dosent Rafik Vəliyev, kafedranın baş müəllimi Aygün Əliyeva, kafedranın müəllimi Günel Balayeva tərəfindən verilən suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti







































































































































