XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı Bakı Dövlət Universitetinin Qazax filialında maarifləndirici tədbir keçirib. Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin  müdiri Qasım Əliyev tədbiri açıq elan edərək onun məqsəd və əhəmiyyətindən danışıb.

Məşğulluq filialının baş mütəxəssis-karyera məsləhətçisi Müşviq Pirverdiyev çıxış edərək tələbələrə karyera qazanmaq yollarından söz açıb.

Məşğulluq filialının mütəxəssis-karyera məsləhətçisi Bəkir Bəkirli “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “CV, rezüme və istək məktubu” hazırlanması barədə məlumat verib. Bu sənədlərin məqsədi, struktur fərqləri və işə qəbul prosesində oynadığı rol tələbələrə izah olunub.

Tədbirdə səslənən fikirlər slayd vasiitəsi ilə nümayiş olunub, mövzu ilə bağlı verilən suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.