- Nəşr edilib 27.11.2025 12:45

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
27 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda Tədris Metodiki Şuranın fəaliyyəti, filialda qış fəslinə hazırlığın vəziyyəti, gənclər təşkilatının fəaliyyətinin tənzimlənməsi haqqında məsələlər müzakirə olunub.
Gündəliyə daxil olan birinci məsələ ilə bağlı filialın Riyaziyyat və informatika kafedrasının müdiri professor Hüseyn Xəlilov çıxış edərək görülən işlər haqqında danışıb.
Filialda qış fəslinə hazırlığın vəziyyəti ilə əlaqədar filialın təsərrüfat şöbəsinin müdiri Məhəmmədəli Abdullayev məlumat verib.
Gənclər təşkilatının fəaliyyətinin tənzimlənməsi ilə bağlı filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edib.
Müzakirə olunan məsələlərlə əlaqədar filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, pedaqogika kafedrasının müdiri Hamlet İlyasov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, tələbə-gənclər təşkilatının sədri Aysun Bəndəliyeva çıxış edərək öz fikirlərini bildiriblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab edilib.
Eyni zamanda, şura iclasında bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti














































































































































