- Nəşr edilib 10.12.2025 06:50

BDU Qazax filialında “Üzeyir Hacıbəyov zirvəsi: Dil, ədəbiyyat və mədəni irs” mövzusunda tədbir keçirilib
Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyov zirvəsi: Dil, ədəbiyyat və mədəni irs” mövzusunda tədbir keçirilib.
Tədbirdə filialın direktoru Arif Rüstəmov, Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimləri, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri iştirak edib.
Təbdir Üzeyir Hacıbəyovun müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri f.ü.f.d. İradə Arıxova giriş sözü ilə çıxış edərək Ü.Hacıbəyovun çoxşaxəli fəaliyyəti, ədəbi irsi haqqında danışıb. Sonra kafedranın baş müəllimi Zülfiyyə Adıgözəlova Ü.Hacıbəyovun həyat və yaradıcılığı, pedoqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Kafedranın baş müəllimlərindən Hikmət Yusifov, Səfayə Sadıqova, Balabəyim Qədimova, Nigar Fərzəliyeva, Yalçın Həsənov, filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələrindən B.Abdullayeva, M.Məhərrəmova, N.Vəlizadə çıxış edərək Ü.Hacıbəyovun çoxşaxəli yaradıcılığından söz açıblar.
Tədbirdə Ü.Hacıbəyova həsr olunmuş slayd nümayiş olunub.
Filialın Mətbuat Xidməti









































































































































