- Nəşr edilib 08.12.2025 12:09

BDU Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Tahirə Rəhimova "Xəzər dənizinin Azərbaycan sektorunda turizm rekreasiya ehtiyatlarının qiymətləndirilməsi" mövzusunda çıxış edib. Mövzu slaydlar vasitəsilə təqdim olunub.
Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, kafedra müdiri, dosent Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, kafedranın baş müəllimi İndira Vəliyeva, müəllimlərdən Veyis Adıgözəlov, Şəhla Məmmədova çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.








































































































































