- Nəşr edilib 14.11.2025 07:25

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Rəhminə Məmmədova “Alternativ enerji mənbələri” mövzusunda çıxış edib. Mövzu slaydlar vasitəsilə təqdim olunub.
Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri Arif Veyisov, baş müəllimlərdən Mübariz Süleymanov və Ülviyyə Bayramova, müəllimlərdən Veyis Adıgözəlov, Tahirə Rəhimova çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.








































































































































