- Nəşr edilib 07.11.2025 06:52

BDU -nun Qazax filialında “Zəfər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib
Bakı Dövlət Universiteteinin Qazax filialında “Zəfər günü”nə həsr olunmuş “Zəfərimizin 5 ili” adlı intellektual yarış keçirilib.
Tələbələr arasında keçirilən Nə? Harada? Nə Zaman? formatlı yarışda 8 komandanın tərkibində 40 tələbə iştirak edib.
Filialın direktoru Arif Rüstəmov çıxış edərək şanlı Zəfərimiz münasibətilə tələbələri təbrik etmiş, yarış iştirakçılarına müvəffəqiyətlər arzulayıb. Filialın Tələbə Gənclər Təşkilatının sədri Aysun Bəndəliyeva və Tələbə Elmi Cəmiyyətinin sədri Gülər Məmmədli çıxış edərək öz təbrik və arzularını bildiriblər.
Aparıcı Qılınc Cəfərov təfərindən komandalar üçün 24 sual səsləndirilib. Gərgin keçən yarışda “İnferno” komandası 1-ci, “Xarı bülbül” komandası 2-ci, “Daşaltı” komandası isə 3-cü yeri tutub.
Qalib gəlmiş komandalar Diplomlarla təltif olunub.
Filialın Mətbuat Xidməti.












































































































































