XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında şəhid məzunların xatirəsinə həsr olunmuş online konfrans keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında filialın şəhid məzunları Məhəmməd Məmmədov və Niftalı Orucovun xatirəsinə həsr edilmiş online konfrans keçirilib.

Dünya Bilgi Platformunun təşkilatçılğı, İctimai və təbiət  fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın təşəbbüsü ilə keçirilən konfrans Səfəvilər dövründə Azərbaycan saray xalçalarına həsr olunub.

Konfransda Azərbaycan Milli Xalça muzeyinin direktoru Əminə Məlikova,  AMEA Etnoqrafiya və Arxeologiya institutunun tədqiqatçısı professor Kübra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov, məhşur xalça kolleksioneri  Amir Oskouei mövzuya aid geniş məruzələrlə  çıxış ediblər.

Sonda Ülviyyə Bayramova çıxış edərək şəhid məzunlar haqqında xatirələrini qeyd edib, onlar haqqında geniş məlumat verib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.