- Nəşr edilib 17.03.2025 10:09

“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə filialın müəllim və tələbələri iştirak edib.
Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Siyasi, ideoloji və coğrafi bütövləşmənin müəllifi - İlham Əliyev” mövzusunda məruzə ilə çıxış edib. Çıxışdan sonra C.Hüseynova müəllifi olduğu “Heydər Əliyev - bütöv bir tarix” adlı kitabını BDU-nun Qazax filialına hədiyyə edib.
Tədbirin sonunda tələbələrin verdikləri suallar cavablanırılıb.
Filialın Mətbuat Xidməti









































































































































