XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

14 mart 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda magistratura səviyyəsi üzrə dissertasiya işlərinin və bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin yerinə yetirilməsi vəziyyəti haqqında, tələbələrin dərsə davamiyyətinə nəzarətiin təşkili barədə, Tədris metodiki şuranın fəaliyyətinin gedişi haqqında  məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris və elmi uişlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris metodiki şuranın sədri Hüseyn Xəlilov, pedaqoji fakültənin dekan müavini Mübariz Süleymanov çıxış ediblər.

Müzakirə edilən məsələlər haqqında müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

İclasda bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.