XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

12 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda 2025-2026-cı tədris ilinə hazırlığın vəziyyəti haqqında məsələ, həmçinin digər məsələlər də müzakirə olunub.

Qeyd olunan məsələ barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər. Müzakirə olunan məsələ səsə qoyularaq qənaətbəxş hesab olunub.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələ ilə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.