- Nəşr edilib 11.07.2025 16:42

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
11 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları haqqında, dərs yükünün bölgüsündə dəyişiklik barədə, Direktoryanı Şuranın yeni tərkibinin seçilməsi haqqında, Tədris Metodiki Şuranın fəaliyyəti və yeni tərkibinin seçilməsi haqqında, təcrübələrin yekunu haqqında məsələlər müzakirə olunub.
2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları haqqında filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, dərs yükünün bölgüsündə dəyişiklik və təcrübələrin yekunu barədə filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, Direktoryanı Şuranın yeni tərkibinin seçilməsi haqqında filialın direktoru Arif Rüstəmov, Tədris Metodiki Şuranın fəaliyyəti və yeni tərkibinin seçilməsi haqqında Riyaziyyat və informatika kafedrasının müdiri, TMŞ-nin sədri Hüseyn Xəlilov məlumat veriblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qəbul edilib.
Eyni zamanda, şura iclasında bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti













































































































































