XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında  “Məzun günü” keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “Məzun Günü” qeyd edilib. Filialın qarşısında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları,  professor və müəllimlər, tələbələr, məzunlar və onların valideynləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov tədbirdə giriş sözü ilə çıxış edərək məzun adını qazanan bütün tələbələri səmimi qəlbdən təbrik edib. Tələbəlik illərində aldıqları təhsil əsasında onların gələcəkdə ən layiqli mütəxəssislər olacağına inandığını bildirib. A.Rüstəmov sonda gənclərə öz tövsiyələrini verib: “Böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təbrik nitqi ilə çıxış edərək məzun günü münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva  tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki,  Azərbaycan təhsili dünya təhsil sisteminə sürətlə inteqrasiya olunur. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramlarının uğurla gerçəkləşməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.

Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasnın müdiri İradə Arıxova çıxış edərək məzunlara arzu və istəklərini çatdırıblar. Fəal gənc, Qazax rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunu, ADA Universitetinin Təlim və tədrisin təşkili ixtisaslaşmasının I kurs magistrantı Nigar Kazımova çıxış edərək bilikli və təcrübəli mütəxəssis kimi yetişmələrində əməyi olan filialın professor və müəllim heyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Valideynlər adından Sədaqət Həsənova çıxış edərək təhsil aldıqları müddətdə tələbələrə göstərilən diqqət və qayğıya görə filialın rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Tədbirdə bir qrup məzun tələbəyə Təşəkkürnamələr təqdim olunub.

Filialın Mətbuat Xidməti

 

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.