- Nəşr edilib 04.06.2025 13:30

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başlayıb
Bakı Dövlət Universitetinin Qazax filialında yaz semestrinin imtahan sessiyası başlayıb. İyunun 2-dən start verilən imtahanlar əsasən yazılı, qismən də şifahi olmaqla iki növbədə keçirilir. Sessiya ərzində filial üzrə 429 imtahan(356 əyani, 73 qiyabi) keçiriləcəkdir..
Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Təsdiq olunub siyahı üzrə müəllim-koordinatorlar imtahanların şəffaf və obyektiv keçirilməsinə nəzarət edir. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.
Sessiya müddətində tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Filialın direktoru Arif Rüstəmov imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Yaz semestrinin imtahan sessiyası 5 həftə olmaqla iyul ayının 4-dək davam edəcəkdir.
Filialın Mətbuat Xidməti











































































































































