XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialın müəllimləri AzETA-nın keçirdiyi Beynəlxalq Konfransda iştirak edib

1995-ci ildə yaradılmış Azərbaycan İngilis Dili Müəllimləri Birliyi(AzETA) ölkəmizdə ingilis dili təhsilinin keyfiyyətini yüksəltmək üçün müəllimlərin peşəkarlığının inkişafına dəstək olur, ingilis dili ilə bağlı məlumat mübadilələrini təşviq edir.

Bu günlərdə Gəncə Regional Kollecində AzETA Beynəlxalq Konfrans keçirib. Tədbirdə yerli və xarici mütəxəssislər bir araya gələrək təhsilin gələcəyi, yeniliklər və beynəlxalq təcrübələr barədə çıxışlar ediblər. Tanınmış spikerlərin çıxışları, dəyərli müzakirələr və yeni imkanlar regiondakı ingilis dili müəllimlərinin inkişafı üçün faydalı olub.

Konfransda Bakı Dövlət Universitetinin Qazax filialının ingilis dili müəllimləri - Sənurə Səmədova və Ceyran Əliyeva da iştirak ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.