XƏBƏRLƏR

Xəbərlər

BDU Qazax filialının müəllimləri ADA Universitetinin Qazax Mərkəzində keçirilən elmi-praktik seminarda iştirak edib

"Keşikçidağda elmi- arxeoloji qazıntılar və yay məktəbi-5" layihəsinin yekun hesabatına dair ADA Universitetinin Qazax Mərkəzində elmi-praktik seminar keçirilib. Seminarda AMEA nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının bir qrup müəllimi, Ağstafa və Qazax rayon tarix diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak edib.

Seminarda  ADA Universiteti Qazax mərkəzinin direktoru Yeganə Göyüşova, AMEA-nın tarix üzrə fəlsəfə doktorları - Şamil Nəcəfov, Yaqub Məmmədov, Vaqif Əsədov, BDU - Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış ediblər.

Seminarın sonunda Keşikçidağ mədəni irsinin təbliğinə dair keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.