XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında AMEA-nın  arxeoloqlarının iştirakı ilə elmi-praktik seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) arxeoloqlarının iştirakı ilə "Azərbaycanda qədim daş dövrünün öyrənilməsi problemi, əldə olunan nəticələr və qarşıda duran vəzifələr" mövzusunda elmi-praktik seminar keçirilib.

BDU-nun Qazax filialı və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qoruğun rəhbərliyi və əməkdaşları, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifovun təqdimatı ilə seminar davam edib. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquluyev, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva və AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov seminarda çıxış ediblər. Çıxışlarda Qazax və Ağstafa rayonlarında aparılan arxeoloji qazıntılar və onların nəticələri barədə iştirakçılara geniş məlumat verilib. Verilən məlumatlar slaydlar vasitəsilə nümayiş olunub.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.